“Əl-Əhli”nin cinah oyunçusu Riyad Mahrez Səudiyyə Ərəbistanı çempionatının səviyyəsi ilə bağlı fikirlərini bölüşüb.
“Çempionat səviyyəsi? O, layiqli və hər zaman təkmilləşir. Mən hələ də bu liqanı araşdırıram. Ən yaxşı oyunçuları cəlb etmək üçün əlbəttə ki, səy göstərilir və oyunçuların keyfiyyəti artır. Məncə, bu, yalnız başlanğıcdır.
Mahrez deyib ki, hazırda Səudiyyə çempionatını Avropa ilə müqayisə etmək mümkün olmasa da, yaxın gələcəkdə yerli çempionat dünyanın ən yaxşı altı və ya yeddisindən biri olmaq potensialına malikdir. Bu barədə L'Equipe məlumat yayıb.
32 yaşlı əlcəzairli bu yay 35 milyon avroya "Mançester Siti"dən "Əl-Əhli"yə keçib. Bu müddət ərzində Riyad 14 matçda meydana çıxıb, altı qol vurub və altı məhsuldar ötürmə verib.